31 mart 2026. Çərşənbə axşamı

“Nyukasl” İsakı rekord maaşla saxlamaq niyyətindədir


“Nyukasl” İsakı rekord maaşla saxlamaq niyyətindədir

“Nyukasl Yunayted” rəhbərliyi hücumçu Aleksandr İsakı komandada saxlamaq üçün yeni müqavilə təklif etməyə hazırlaşır.

90deqiqe.Az-ın "The Times"ə istinadən məlumatına görə, klub isveçli forvarda tarixində ən yüksək maaş təklif edəcək.

25 yaşlı futbolçu həftəlik 150 min funt sterlinq qazana bilər. Yeni müqavilənin imzalanacağı təqdirdə, İsak “Nyukasl” tarixində ən yüksək maaş alan futbolçu olacaq.

Hücumçunun xidmətində bir neçə nəhəng klub – “Liverpul”, “Arsenal” və “Barselona” maraqlıdır. Buna baxmayaraq, “Nyukasl” heyətində əsas hücum xəttini məhz İsakın üzərində qurmağı planlaşdırır.

Aleksandr İsak İngiltərə klubuna 2022-ci ilin yayında keçib. O, geridə qalan mövsümdə bütün turnirlərdə 42 oyuna çıxaraq 27 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.







İngiltərə P.L.

"Salah Avropada qalmalıdır"
  • İngiltərə P.L.
  • 17:05 30.03.2026
"Salah Avropada qalmalıdır"
“Tottenhem” Tudorla yollarını ayırdı
  • İngiltərə P.L.
  • 20:54 29.03.2026
“Tottenhem” Tudorla yollarını ayırdı
“Mançester Yunayted”ə Osimhen lazımdır"
  • İngiltərə P.L.
  • 23:08 28.03.2026
“Mançester Yunayted”ə Osimhen lazımdır"
Co Koul Messini Ronaldodan üstün tutdu
  • İngiltərə P.L.
  • 22:35 28.03.2026
Co Koul Messini Ronaldodan üstün tutdu