- İngiltərə P.L.
- 12:43 04.12.2025
İngiltərənin "Arsenal" klubu yarımmüdafiəçi Mayls Lyuis-Skelli ilə müqaviləni uzadıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, London klubu futbolçu ilə uzunmüddətli müqavilə imzalayıb.
“2024/2025 mövsümü əsas komandadakı mövqeyini möhkəmləndirmək üçün Hale End Akademiyamızın sonuncu məzunu olan 18 yaşlı yeniyetmə üçün əsl sıçrayış oldu”, - deyə klubdan bildirilib.
Daha əvvəl "Real Madrid"in futbolçunun xidmətində maraqlı olduğu bildirilirdi.
İngiltərə Premyer Liqasının 2024/2025 mövsümündə Mayls Lyuis-Skelli 23 oyun keçirib və bir qol vurub. Onun Çempionlar Liqasında 10 oyun və iki məhsuldar ötürmə də var. Mart ayında yarımmüdafiəçi ilk oyunda qol vuraraq İngiltərə millisində debüt edib.