23 iyun 2026. Çərşənbə axşamı

"Liverpul" "Bornmut"dan müdafiəçi Kerkezeni transfer edib


"Liverpul" "Bornmut"dan müdafiəçi Kerkezeni transfer edib

Macarıstanlı müdafiəçi Miloş Kerkez "Bornmut"dan "Liverpul"a keçib. 

90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə,Premyer Liqa çempionu sol cinah müdafiəçisi  ilə uzunmüddətli müqavilə imzalayıb.

Futbolçunun transferi Mersisayd klubuna 47 milyon avroya başa gəlib.

İngiltərə Premyer Liqasının 2024/2025 mövsümündə 21 yaşlı Miloş Kerkez 38 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. O, İngiltərə Kubokunda da üç oyun keçirib. Müdafiəçi qol vura bilməyib.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər