5 dekabr 2025. Cümə

“Ən böyük klubda oynamaq şərəfdir”


 “Ən böyük klubda oynamaq şərəfdir”

Macar müdafiəçi Miloş Kerkes "Bornmut"dan "Liverpul"a keçidindən sonra ilk açıqlamasını verib.

90deqiqe.Az-ın məlumatına görə, 21 yaşlı müdafiəçi Mersisayd klubuna keçidi ilə bağlı hisslərini klubun mətbuat xidmətinə bölüşüb.

“Çox xoşbəxtəm. Dünyanın ən böyük klublarından birində, İngiltərənin ən böyük klubunda çıxış etmək mənim üçün əsl şərəfdir. Həqiqətən çox sevincliyəm və həyəcanlıyam. İndi evimə, doğma şəhərimə qayıdıb bir neçə gün orada olacağam. Daha sonra səbirsizliklə geri dönməyi, formanı geyinməyi, məşqlərə başlamağı və mövsümə hazırlaşmağı gözləyirəm.”

Kerkes azarkeşlərə də xüsusi təşəkkürünü çatdırıb:

“Transfer rəsmi elan olunmamışdan əvvəl belə mənə göstərdiyiniz sevgi üçün hamınıza təşəkkür edirəm. Komandanı həmişə dəstəklədiyiniz kimi dəstəkləməyə davam edin, çünki siz dünyanın ən böyük fanat bazasına sahibsiniz. Mən bu klubla kuboklar qazanmaq və ümid edirəm ki, ‘Enfild’də bir neçə qol vurmaq üçün hər şeyimi ortaya qoyacağam. Azarkeşlərin səslərini eşitmək üçün səbirsizlənirəm. Tezliklə görüşərik!”

Xatırladaq ki, Miloş Kerkes 2023-cü ilin yayında Niderlandın “AZ Alkmaar” klubundan “Bornmut”a transfer olunmuşdu.







İngiltərə P.L.

“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır
 “Aston Villa”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 10:29 04.12.2025
“Aston Villa”dan çətin qələbə