- İngiltərə P.L.
- 12:43 04.12.2025
Niderlandlı mütəxəssis Rud van Nistelroy İngiltərənin “Lester Siti” klubundan ayrılıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə "tülkülər"in rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, klubun baş məşqçisi və “Lester” qarşılıqlı anlaşma əsasında müqavilənin ləğvinə qərar verib:
“Rud klubda çətin dövrdə çalışdı. O, 2024-cü ilin noyabrında baş məşqçi təyin olunduğu gündən bu yana peşəkarlıq, səmimiyyət və məqsədlərimizə sadiqlik nümayiş etdirdi. Gənc futbolçuların akademiyadan əsas komandaya inteqrasiyasında da mühüm rol oynadı. Klub olaraq onun səylərinə və zəhmətinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.
Qeyd edək ki, “Lester Siti” 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasını 18-ci pillədə başa vuraraq Çempionşipə yuvarlanıb.