4 iyul 2026. Şənbə

Kazemiro "Mançester Yunayted"də qalmaq qərarına gəlib


Kazemiro "Mançester Yunayted"də qalmaq qərarına gəlib

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro karyerasını İngiltərə klubunda davam etdirmək qərarına gəlib.

90deqiqe.Az-ın "Mirror" nəşrinə istinadən məlumatına görə, braziliyalı futbolçunun qərarına əsas təsir edən amillərdən biri onun may ayının sonunda Braziliya millisindən aldığı çağırış olub.

33 yaşlı futbolçu 2026-cı ildə keçiriləcək dünya çempionatında milli komandanın heyətində iştirak etməyi hədəfləyir və hesab edir ki, Premyer Liqada çıxış etməsi bu şansı artırır.

Təcrübəli yarımmüdafiəçi iyun ayının əvvəlində DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ekvador (0:0) və Paraqvay (1:0) ilə oyunlarda Braziliya millisinin heyətində meydana çıxıb. Qeyd edək ki, Kazemiro bundan əvvəl son dəfə milli formanı 2023-cü ilin oktyabrında geyinmişdi.







İngiltərə P.L.

Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı