4 iyul 2026. Şənbə

Tomas Parti “Arsenal”dan ayrılır


Tomas Parti “Arsenal”dan ayrılır

“Arsenal” yarımmüdafiəçisi Tomas Partinin klubdan ayrılacağını yaxın günlərdə rəsmən açıqlamağa hazırlaşır.

90deqiqe.Az-ın “The Athletic” nəşrinə istinadən məlumatına görə, London klubu qanalı futbolçu ilə müqavilənin uzadılması ilə bağlı razılıq əldə edə bilməyib. Mövcud müqavilə iyunun 30-da başa çatır.

Daha əvvəl “Arsenal” Partini ayrılması planlaşdırılan futbolçuların siyahısına daxil etmiş, lakin eyni zamanda onunla yeni sözləşmə üzrə danışıqların davam etdirildiyini qeyd etmişdi.

32 yaşlı yarımmüdafiəçi 2020-ci ilin oktyabr ayından bu yana “Arsenal”ın heyətində çıxış edib. Bu müddət ərzində o, komandanın heyətində 167 rəsmi oyuna çıxıb, 9 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.







İngiltərə P.L.

Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı