4 iyul 2026. Şənbə

Evans “Mançester Yunayted”də yeni vəzifəyə təyin olundu


Evans “Mançester Yunayted”də yeni vəzifəyə təyin olundu

“Mançester Yunayted” klubu komandanın sabiq futbolçusu Conni Evans klubun İcarə və İnkişaf Departamentinin rəhbəri təyin edilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Yeni vəzifəsində Evans əsasən “Mançester Yunayted”in gənc oyunçularının icarə proseslərini və inkişaf proqramlarını idarə edəcək. O, klubun futbol direktoru Ceyson Uilkoks və akademiya rəhbərliyi ilə sıx əməkdaşlıq edəcək.

Xatırladaq ki, 37 yaşlı şimali irlandiyalı müdafiəçi 2024/2025 mövsümünün sonunda peşəkar futbolçu karyerasını başa vurub. Klubun yetirməsi olan Evans “Mançester Yunayted”in heyətində ümumilikdə 241 matçda iştirak edib, 8 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerasının son iki mövsümünü də “qırmızı şeytanlar”ın heyətində keçirib.







İngiltərə P.L.

Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı