21 mart 2026. Şənbə

“Çelsi”də oynamaq yalnız qalib gəlmək barədə düşünmək deməkdir”


“Çelsi”də oynamaq yalnız qalib gəlmək barədə düşünmək deməkdir”

“Çelsi”nin yeni transferi Joao Pedro London klubuna keçidi ilə bağlı təəssüratlarını bölüşüb.

90deqiqe.Az xəbər verir ki, braziliyalı hücumçu bu barədə klubun rəsmi saytına açıqlamasında danışıb.

“Hamı bilir ki, bu, böyük tarixə sahib bir klubdur. Keçmişdə parlaq oyunçuları olub, indi də var. Bu səbəbdən onlara qoşulduğum üçün çox sevincliyəm. Bilirsiniz ki, əgər “Çelsi”nin futbolçususan, yalnız bir şeyi düşünməlisən — qalib gəlmək.

Mən Premyer Liqanı izləyərək böyümüşəm və “Çelsi” daim titullar qazanan komanda olub. Bu səbəbdən bu kluba keçəndə ağlında yalnız bir fikir olur: kuboklar qazanmaq. Hər turnirdə düşünməlisən ki, ‘Mən Çelsi üçün oynayıram və bu mənim ambisiyamdır’”.

Joao Pedro həmçinin həmyerlisi David Luizlə münasibətlərindən də danışıb:

“David Luizlə bir az yaxınam. Onunla “Çelsi” haqqında deyil, ümumilikdə karyeram və inkişaf yolum barədə danışdıq. O mənə çox dəstək oldu”.

Qeyd edək ki, 23 yaşlı futbolçu daha öncə İngiltərənin “Brayton” klubunda çıxış edirdi.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər