14 dekabr 2025. Bazar günü

Futbol dünyası yasa büründü - “Liverpul”dan təsdiq gəldi


Futbol dünyası yasa büründü  - “Liverpul”dan təsdiq gəldi

İngiltərənin “Liverpul” futbol klubu hücumçu Diogu Jotanın İspaniyada yol-nəqliyyat hadisəsi nəticəsində həlak olması ilə bağlı məlumatı rəsmi olaraq təsdiqləyib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı bəyanat yayıb.

Açıqlamada bildirilib ki, klub 28 yaşlı futbolçunun öz qardaşı André ilə birlikdə avtomobil qəzasında həyatını itirməsi xəbərindən dərin sarsıntı keçirir.

“Futbol klubu ‘Liverpul’ Diogu Jotanın faciəvi şəkildə həlak olması xəbərindən dərin sarsıntı keçirir. Kluba verilən məlumata əsasən, 28 yaşlı futbolçu İspaniyada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində öz qardaşı André ilə birlikdə həyatını itirib,” – deyə açıqlamada qeyd olunub.

Klub hadisənin təfərrüatları ilə bağlı əlavə şərh verməyəcəyini bildirib və Jotanın yaxınlarının şəxsi həyatına hörmətlə yanaşılmasını xahiş edib:

“Diogu və André Jotanın ailə üzvləri, dostları, komanda yoldaşları və klub əməkdaşları bu ağlasığmaz itkini qəbul etməyə çalışdıqları zamanda, onların məxfiliyinə hörmət göstərilməsini xahiş edirik. Biz onlara bütün dəstəyimizi göstərməyə davam edəcəyik.”







İngiltərə P.L.

“Daha çox qol vura bilərdim”
  • İngiltərə P.L.
  • 21:25 13.12.2025
“Daha çox qol vura bilərdim”
“Liverpul” evdə “Brayton”a qalib gəldi
  • İngiltərə P.L.
  • 21:12 13.12.2025
“Liverpul” evdə “Brayton”a qalib gəldi
“Çelsi” evdə “Everton”u məğlub etdi
  • İngiltərə P.L.
  • 21:10 13.12.2025
“Çelsi” evdə “Everton”u məğlub etdi
Salah geri döndü
  • İngiltərə P.L.
  • 20:04 13.12.2025
Salah geri döndü