21 mart 2026. Şənbə

“Mançester Siti” Diogu Jotanın ölümünə görə başsağlığı verib


“Mançester Siti” Diogu Jotanın ölümünə görə başsağlığı verib

İngiltərənin “Mançester Siti” klubu Portuqaliya millisinin və “Liverpul”un hücumçusu Diogu Jotanın avtomobil qəzasında həlak olması ilə bağlı rəsmi açıqlama yayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, klub futbolçunun vəfatı xəbərindən dərin kədər keçirdiyini bildirib.

“Bütün klubumuz Diogu Jotanın ölüm xəbərindən sarsılıb. Onun yaxınlarına, dostlarına və “Liverpul”un bütün əməkdaşlarına dərin hüznlə başsağlığı veririk. Diogu, ruhun şad olsun.”

Diogu Jota 2020-ci ildən etibarən “Liverpul”da çıxış edirdi. Ötən mövsüm Portuqaliyalı futbolçu İngiltərə Premyer Liqasında 26 matçda iştirak edərək 6 qol vurmuş və 3 məhsuldar ötürmə ilə yadda qalmışdı. Həmçinin, “Liverpul”un şərəfini qoruyarkən İngiltərə çempionu olmuşdu.

Futbol ictimaiyyəti Diogu Jotanı böyük hörmətlə anır və onun itkisinin ağrısını paylaşır.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər