21 mart 2026. Şənbə

LeBron Ceyms Diogu Jotanın ölümünə görə başsağlığı verib


LeBron Ceyms Diogu Jotanın ölümünə görə başsağlığı verib

Amerikalı ulduz basketbolçu, dördqat NBA çempionu və “Los-Anceles Leykers” klubunun forvardı LeBron Ceyms, “Liverpul”un hücumçusu Diogu Jotanın faciəvi şəkildə vəfat etməsi ilə bağlı başsağlığı verib.

90deqiqe.Az-ın məlumatına görə, basketbolçu bu barədə “X” (əvvəlki Twitter) sosial şəbəkəsində paylaşım edib:

“Bütün dualarım bu çətin zamanda onun ailəsi və yaxınları üçündür! Uca Tanrı sizi qorusun və yol göstərsin! YNWA, Jota!” — deyə Ceyms yazıb.

Qeyd edək ki, LeBron Ceyms 2011-ci ilin aprel ayında “Liverpul” klubunun 2 faiz səhmini 4,7 milyon funt sterlinqə alaraq rəsmi şəkildə klubun minitaritar səhmdarı olub. 2023-cü ildə isə o, klubun sahibi olan Fenway Sports Group (FSG) şirkətindəki payını artıraraq rəsmi biznes tərəfdaşı statusunu əldə edib və ömürlük əməkdaşlıq müqaviləsi imzalayıb.

LeBronun bu addımı həm idman dünyasında, həm də “Liverpul” azarkeşləri arasında geniş rezonans doğurmuşdu.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər