5 dekabr 2025. Cümə

"Liverpul" Diogu Jotanın formasını əbədiləşdirdi


"Liverpul" Diogu Jotanın formasını əbədiləşdirdi

İngiltərənin "Liverpul" klubu futbolçusu Diogu Jotanın faciəli şəkildə vəfat etməsi ilə bağlı 20 nömrəli formanı dövriyyədən çıxardığını elan edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Klubun bəyanatında qeyd olunub:

"20 nömrəli forma Diogu Jotanın 2024/2025 mövsümündə klubun 20-ci çempionluğunun qazanılmasında göstərdiyi xidmətlərə görə haqlı olaraq əbədiləşdiriləcək. Onun 'Kop' tribunası önündəki fəndi və qələbə topu ilə yadda qalan çıxışı aprel ayındakı Merseysayd derbisində qələbəni təmin etdi. Bu qol həm də onun həyatında vurduğu son qol oldu."

Portuqaliyalı hücumçu Diogu Jota Premyer Liqanın 30-cu turunda "Everton"a qarşı keçirilən görüşdə (1:0) komandasına qələbə qazandıran yeganə qolu vurmuşdu. Həmin görüş onun karyerasında və həyatında sonuncu oyun olub.

Jota İspaniyada baş vermiş avtomobil qəzasında həlak olub.







İngiltərə P.L.

“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır
 “Aston Villa”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 10:29 04.12.2025
“Aston Villa”dan çətin qələbə