8 noyabr 2026. Bazar günü

Henderson “Enfild”dəki Diogo Jotanı anma memorialını ziyarət etdi


 Henderson “Enfild”dəki Diogo Jotanı anma memorialını ziyarət etdi

Niderlandın “Ayaks” klubunun  və keçmiş “Liverpul” futbolçusu Cordan Henderson İngiltərənin Liverpul şəhərindəki “Enfild” stadionunda portuqaliyalı sabiq komanda yoldaşı Diogo Jotanı yad etmək üçün memoriala baş çəkib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Liverpul”un rəsmi mətbuat xidməti sosial şəbəkə X-də məlumat yayıb.

Klubun paylaşımında bildirilir ki, Henderson bu gün “Enfild”də mərhum dostuna və keçmiş komanda yoldaşına hörmət əlaməti olaraq ziyarət edib.

28 yaşında İspaniyada avtomobil qəzasında həyatını itirən Diogo Jota karyerası ərzində “Vulverhempton”, “Portu”, “Paşuş de Ferreyra” və “Atletiko” (Madrid) klublarında çıxış edib. O, Portuqaliya milli komandası ilə iki dəfə Millətlər Liqasının qalibi olub.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”