8 iyun 2026. Bazar ertəsi

Nemanya Vidiç karyerasında ən güclü rəqibi açıqladı


Nemanya Vidiç karyerasında ən güclü rəqibi açıqladı

Serbiya millisinin və "Mançester Yunayted"in keçmiş müdafiəçisi Nemanya Vidiç karyerasındakı ən çətin rəqib kimi argentinalı hücumçu Lionel Messini göstərib.

90deqiqe.Az xəbər verir ki, "The Overlap" YouTube kanalına verdiyi müsahibədə Vidiç Messini ən çətin opponent adlandırıb.

Futbolçu karyerası ərzində Belqradın "Çervenə Zvezda", Moskva "Spartak", "Mançester Yunayted" və Milanın "İnter" klublarında çıxış edib. Serbiya millisində 36 oyun keçirən Vidiç bir dəfə fərqlənib. O, həmçinin Serbiya və İngiltərə çempionu olub.







İngiltərə P.L.

Ceyms Milner futbolçu karyerasını başa vurdu
  • İngiltərə P.L.
  • 22:09 01.06.2026
Ceyms Milner futbolçu karyerasını başa vurdu