5 dekabr 2025. Cümə

Tomas Parti beş zorlamada ittiham olunur


Tomas Parti beş zorlamada ittiham olunur

“Arsenal”ın sabiq yarımmüdafiəçisi Tomas Parti beş ayrı təcavüz hadisəsində ittiham olunub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Kral Prokurorluq Xidməti (CPS) rəsmi sayt vasitəsilə məlumat yayıb.

Qurumun açıqlamasına görə, sözügedən ittihamlar 2021–2022-ci illər aralığında baş verdiyi bildirilən üç ayrı qadının şikayətlərinə əsaslanır. Parti 2025-ci il avqustun 5-də Vestminster Magistratlar Məhkəməsi qarşısına çıxarılacaq.

“Kral Prokurorluq Xidməti təqdim olunan sübut paketini ətraflı təhlil etdikdən sonra Tomas Partiyə qarşı bir neçə zorlamada rəsmi ittiham irəli sürülməsinə qərar verdi. Mütəxəssislərimiz paytaxt polisi ilə sıx əməkdaşlıq çərçivəsində araşdırmanı dəyərləndirib və ittihamların irəli sürülməsini məqsədəuyğun hesab ediblər,” – deyə CPS-in bəyanatında bildirilir.

Qeyd olunur ki, istintaq hələ davam edir və Partinin ədalətli məhkəmə prosesi keçirmək hüququ var. Eyni zamanda, ictimaiyyətə bu prosesə təsir göstərə biləcək paylaşımlardan və şərhlərdən çəkinmək çağırışı da edilib.







İngiltərə P.L.

“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır
 “Aston Villa”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 10:29 04.12.2025
“Aston Villa”dan çətin qələbə