30 mart 2026. Bazar ertəsi

Kallum Uilson "Nyukasl"dan ayrıldı


Kallum Uilson "Nyukasl"dan ayrıldı

İngiltərənin “Nyukasl Yunayted” klubu 33 yaşlı hücumçu Kallum Uilsonla yollarını ayırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Təcrübəli forvard “qarğalar”ın heyətində keçirdiyi beş mövsümdən sonra komandadan ayrılır.

Klubun sosial şəbəkə hesabında yayımlanan vida mesajında deyilir:

“2020-ci ildə 'Vest Hem'ə qarşı debüt matçında vurduğu qoldan tutmuş, əfsanəvi 9 nömrəli formanı daşıdığı dövrə qədər – Kallum son illərdə əldə etdiyimiz uğurlarda böyük rol oynayıb. Klubumuza verdiyi töhfələrə görə ona təşəkkür edirik. Gələcək karyerasında uğurlar!”

Uilson ötən mövsüm “Nyukasl”ın heyətində bütün turnirlərdə ümumilikdə 22 oyunda meydana çıxıb və 1 qol vurub. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 8 milyon avro təşkil edir.







İngiltərə P.L.

"Salah Avropada qalmalıdır"
  • İngiltərə P.L.
  • 17:05 30.03.2026
"Salah Avropada qalmalıdır"
“Tottenhem” Tudorla yollarını ayırdı
  • İngiltərə P.L.
  • 20:54 29.03.2026
“Tottenhem” Tudorla yollarını ayırdı
“Mançester Yunayted”ə Osimhen lazımdır"
  • İngiltərə P.L.
  • 23:08 28.03.2026
“Mançester Yunayted”ə Osimhen lazımdır"
Co Koul Messini Ronaldodan üstün tutdu
  • İngiltərə P.L.
  • 22:35 28.03.2026
Co Koul Messini Ronaldodan üstün tutdu