30 mart 2026. Bazar ertəsi

"Mançester Yunayted" bir gün layiq olduğu yerə qayıdacaq"


"Mançester Yunayted" bir gün layiq olduğu yerə qayıdacaq"

"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Xuan Mata İngiltərə nəhənginin yenidən zirvəyə yüksələcəyinə inanır.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu bu barədə britaniyalı jurnalist Mark Kriçliyə verdiyi müsahibəsində danışıb.

“Bilmirəm, bu nə qədər vaxt aparacaq. Amma əminəm ki, bir gün ‘Mançester Yunayted’ layiq olduğu yerə qayıdacaq”

“Qırmızı şeytanlar” 2024/25 mövsümünü Premyer Liqada 15-ci pillədə başa vuraraq klub tarixində antirekorda imza atıblar – cəmi 42 xal. Komanda Avropa turnirlərinə vəsiqə qazana bilməyib. Avropa Liqasının finalında isə “Tottenhem”ə 0:1 hesabı ilə uduzaraq Çempionlar Liqasına düşmək şansını da əldən verib.

Xatırladaq ki, ispan futbolçu 2014–2022-ci illər aralığında “Mançester Yunayted”in formasını geyinib. Hazırda 37 yaşlı yarımmüdafiəçi karyerasını Avstraliyanın “Western Sydney” klubunda davam etdirir.







İngiltərə P.L.

"Salah Avropada qalmalıdır"
  • İngiltərə P.L.
  • 17:05 30.03.2026
"Salah Avropada qalmalıdır"
“Tottenhem” Tudorla yollarını ayırdı
  • İngiltərə P.L.
  • 20:54 29.03.2026
“Tottenhem” Tudorla yollarını ayırdı
“Mançester Yunayted”ə Osimhen lazımdır"
  • İngiltərə P.L.
  • 23:08 28.03.2026
“Mançester Yunayted”ə Osimhen lazımdır"
Co Koul Messini Ronaldodan üstün tutdu
  • İngiltərə P.L.
  • 22:35 28.03.2026
Co Koul Messini Ronaldodan üstün tutdu