- İngiltərə P.L.
- 12:43 04.12.2025
“Arsenal” klubu məşqçilər heyətinə yeni təyinat gerçəkləşdirib.
90deqiqe.Az-ın məlumatına görə, "topçular"ın baş məşqçisi Mikel Artetanın yeni köməkçisi sabiq Argentina millisinin müdafiəçisi Qabriel Haynse olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“O, komandamıza zəngin oyun və məşqçilik təcrübəsi gətirəcək. Qabrieli və ailəsini “Arsenal” ailəsində görməkdən məmnunuq” – deyə klubun açıqlamasında qeyd olunub.
47 yaşlı mütəxəssis əsas komanda ilə çalışacaq. “Real Madrid” və “Mançester Yunayted” kimi klublarda oynamış Haynsenin həm futbolçu, həm də məşqçi kimi böyük təcrübəyə malik olduğu vurğulanıb:
Qeyd edək ki, “Arsenal” ötən mövsüm Premyer Liqanı ikinci pillədə başa vurub və UEFA Çempionlar Liqasının yarımfinalında sonradan turnirin qalibi olan PSJ-yə məğlub olub.