3 iyul 2026. Cümə

Ramon Sosa “Nottingem Forest”dən ayrıldı


Ramon Sosa “Nottingem Forest”dən ayrıldı

İngiltərənin “Nottingem Forest” klubu paraqvaylı cinah oyunçusu Ramon Sosanın komandadan ayrıldığını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki,  bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı futbolçu karyerasını hazırda Braziliya A Seriyasında dördüncü pillədə qərarlaşan “Palmeyras”da davam etdirəcək.

Ramon Sosa 2024-cü ilin avqustunda Argentina təmsilçisi “Talyeres”dən “Nottingem Forest”ə transfer olunmuşdu.

Ötən mövsüm Sosa İngiltərə təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 23 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer dəyəri hazırda 12 milyon avro civarında qiymətləndirilir.

Qeyd edək ki, Ramon Sosa Paraqvay milli komandasının heyətində 22 oyun keçirib.







İngiltərə P.L.

"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər