- İngiltərə P.L.
- 23:08 13.12.2025
İngiltərənin “Kristal Pelas” klubu 2025/2026 mövsümündə UEFA Avropa Liqasından uzaqlaşdırılması ilə bağlı rəsmi açıqlama yayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi UEFA-nın qərarını narahatlıqla qarşılayıb.
“Kristal Pelas”ın bəyanatında deyilir:
“UEFA-nın bizi Avropa Liqasından uzaqlaşdırmaq qərarı bizi ciddi narahat edir. Aydındır ki, biz bir neçə klubun idarəsində iştirak etmirik və heç vaxt da etməmişik. Üstəlik, Eagle Football şirkətindəki payların Vudi Consona satılması ilə bu turnir başlayana qədər maraqlar toqquşması tamamilə aradan qalxacaq.
Biz bu məsələdə öz mövqeyimizi qoruyacağıq və UEFA ilə əməkdaşlığı davam etdirərək ədalətli və qərəzsiz qərarın qəbul olunmasına çalışacağıq. Eyni zamanda digər hüquqi yolları, o cümlədən İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək variantını da nəzərdən keçirəcəyik.”
Xatırladaq ki, UEFA-nın qərarına əsasən, turnirdə çıxış etmək hüququ “Lion”a verilib. Fransız klubu, “Kristal Pelas” kimi, amerikalı iş adamı Con Tekstora məxsusdur. Bu isə UEFA-nın çoxklublu mülkiyyət qaydalarına ziddir.
Qeyd edək ki, “Kristal Pelas” İngiltərə Federasiya Kubokunun (FA Cup) 2024/2025 mövsüm qalibi olub. Amma UEFA-nın qərarı ilə klub Avropa Liqası əvəzinə Konfrans Liqasında çıxış edəcək. Onun Avroliqa üçün ayrılmış yeri isə “Nottingem Forest” tutacaq.