21 mart 2026. Şənbə

"Bu kuboku qazanmağa layiq olduğumuzu göstərdik"


"Bu kuboku qazanmağa layiq olduğumuzu göstərdik"

"Çelsi"nin müdafiəçisi Malo Qusteau Klublararası Dünya Çempionatının PSJ ilə final oyunundan sonra danışıb.

90deqiqe.Az xəbər verir ki, "RMC Spor" futbolçunun dediklərini belə çatdırıb.

"Aydın məqsədimiz var idi və ona nail olduq. Bu kuboku qazanmağa layiq olduğumuzu göstərdik. "Çelsi" yeni layihəyə başlayandan bizə o qədər də hörmət edilmirdi. İnsanlar daim deyirdilər ki, biz gəncik və böyük matçlarda oynamağa öyrəşməmişik. Amma biz bu cür rəqiblərlə rəqabət apara biləcəyimizi sübut etdik"

Qeyd edək ki, "Çelsi" - PSJ matçı bir gün əvvəl, iyulun 13-də baş tutub. Komandalar Şərqi Ruterfordda (ABŞ) "MetLife" stadionunda çıxış ediblər. Matçın baş hakimi Əlireza Fəqani (İran) olub. 22-ci dəqiqədə London klubunun yarımmüdafiəçisi Koul Palmer Malo Qustonun ötürməsi ilə matçda hesabı açıb. Matçın 30-cu dəqiqəsində Palmer Levi Kolvelin ötürməsi ilə dubl edib. 43-cü dəqiqədə Cole Palmerin ötürməsi ilə parislilərin qapısına üçüncü qolu vuran Joao Pedro yekun hesabı müəyyənləşdirib - 3:0.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər