3 iyul 2026. Cümə

“Arsenal” Nvaneri ilə yeni müqavilə üzrə razılığa gəldi


“Arsenal”  Nvaneri ilə yeni müqavilə üzrə razılığa gəldi

“Arsenal” hücumçusu İtan Nvaneri ilə yeni müqavilə imzalamaq üzrə prinsipial razılıq əldə edib.

90deqiqe.Az-ın məlumatına görə, 18 yaşlı futbolçu digər klublardan gələn maraqlara baxmayaraq, həmişə “Arsenal”a üstünlük verib.

Gənc forvard 2024/25 mövsümündə Premyer Liqada 26 oyuna çıxaraq 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Topçular” mövsümü ikinci pillədə tamamlayıblar. Nvanerinin aktivində həmçinin Çempionlar Liqasında 7 oyun, 2 qol və İngiltərə Liqa Kubokunda 4 matçda 3 qol var.

Yeni müqavilənin yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir.







İngiltərə P.L.

"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər