14 dekabr 2025. Bazar günü

“Mançester Yunayted” 2025/26 mövsümü üçün yeni səfər formasını təqdim edib


“Mançester Yunayted” 2025/26 mövsümü üçün yeni səfər formasını təqdim edib

“Mançester Yunayted” klubu 2025/26 mövsümündə səfər oyunlarında geyinəcəyi yeni formanı təqdim edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klubun “adidas” ilə birgə yaydığı açıqlamada qeyd olunur ki, yeni dizayn 1992-ci ilin ikonik səfər formasında yer alan və azarkeşlərin sevdiyi “qar dənəciyi” naxışına müasir baxışla yanaşır.

Yeni formada əsas fon kimi ağ rəng seçilib. Üzərində bənövşəyi çalarlarla işlənmiş “qar dənəciyi” motivləri yer alıb. Sliv rəngli detallarla yanaşı, formada klubun devil loqosu, adidas brendi və hər iki çiyində üç ağ zolaq diqqət çəkir. Dəstə üst-üstə bağlanan EQT tipli V-kəsimli yaxalıq, sliv rəngli şort və ağ getrlar daxildir.

Yeni dəst yaxın günlərdə satışa çıxarılacaq.

 







İngiltərə P.L.

“Daha çox qol vura bilərdim”
  • İngiltərə P.L.
  • 21:25 13.12.2025
“Daha çox qol vura bilərdim”
“Liverpul” evdə “Brayton”a qalib gəldi
  • İngiltərə P.L.
  • 21:12 13.12.2025
“Liverpul” evdə “Brayton”a qalib gəldi
“Çelsi” evdə “Everton”u məğlub etdi
  • İngiltərə P.L.
  • 21:10 13.12.2025
“Çelsi” evdə “Everton”u məğlub etdi
Salah geri döndü
  • İngiltərə P.L.
  • 20:04 13.12.2025
Salah geri döndü