14 dekabr 2025. Bazar günü

Uels millisinin əfsanəvi qapıçısı karyerasını başa vurdu


Uels millisinin əfsanəvi qapıçısı karyerasını başa vurdu

38 yaşlı uelsli qapıçı Ueyn Hennessi peşəkar futbolçu karyerasını başa çatdırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Təcrübəli qolkiperin son klubu İngiltərə Premyer Liqasında çıxış edən “Nottingem Forest” olub. Bununla belə, Hennessi azarkeşlər arasında daha çox “Vulverhempton” və “Kristal Pelas” forması ilə yadda qalıb. O, həmçinin “Yovil Taun”, “Bristol Siti” kimi klublarda da çıxış edib.

Ueyn Hennessinin futbol həyatında ən parlaq səhifələrdən biri Uels yığmasında keçirdiyi illərlə bağlıdır. 2007-ci ildə debüt edən Hennessi milli komandanın heyətində ümumilikdə 109 oyuna çıxıb və bu göstərici ilə Uels tarixində ən çox oyun keçirən qapıçı ünvanını qazanıb.

O, 2016-cı ildə Uelsin Avropa çempionatının yarımfinalına qədər irəliləməsində və turniri bürünc medallarla başa vurmasında əsas fiqurlardan biri olub.







İngiltərə P.L.

“Daha çox qol vura bilərdim”
  • İngiltərə P.L.
  • 21:25 13.12.2025
“Daha çox qol vura bilərdim”
“Liverpul” evdə “Brayton”a qalib gəldi
  • İngiltərə P.L.
  • 21:12 13.12.2025
“Liverpul” evdə “Brayton”a qalib gəldi
“Çelsi” evdə “Everton”u məğlub etdi
  • İngiltərə P.L.
  • 21:10 13.12.2025
“Çelsi” evdə “Everton”u məğlub etdi
Salah geri döndü
  • İngiltərə P.L.
  • 20:04 13.12.2025
Salah geri döndü