21 mart 2026. Şənbə

“Liverpul” Diogu Jotanı “əbədi”lər siyahısına əlavə etdi - FOTO


“Liverpul” Diogu Jotanı “əbədi”lər siyahısına əlavə etdi  - FOTO

İngiltərənin “Liverpul” klubu avtomobil qəzasında həlak olan hücumçusu Diogu Jotanı rəsmi saytında komandanın “Əbədi”lər bölməsinə daxil edib.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı futbolçunun adı artıq klub tarixində silinməz iz buraxanlar sırasında yer alıb.

Xatırladaq ki, 28 yaşlı Jota iyulun əvvəlində İspaniyanın Samora bölgəsində baş vermiş yol-nəqliyyat hadisəsində dünyasını dəyişmişdi. Qəza zamanı onunla birgə avtomobildə olan qardaşı, peşəkar futbolçu Andre Silva da həlak olmuşdu.

Jota 2020-ci ilin sentyabrında “Vulverhempton”dan “Liverpul”a transfer olunmuşdu. Bu müddətdə o, “qırmızılar”ın heyətində 182 oyunda iştirak edərək 65 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Liverpul”la Premyer Liqa, İngiltərə Kuboku və iki dəfə Liqa Kubokunu qazanıb. Portuqaliya millisinin heyətində isə iki dəfə Millətlər Liqasının qalibi olub.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər