8 noyabr 2026. Bazar günü

Dörd futbolçu “Mançester Yunayted”in ABŞ-dakı təlim-məşq toplanışına aparılmayıb


Dörd futbolçu “Mançester Yunayted”in ABŞ-dakı təlim-məşq toplanışına aparılmayıb

“Mançester Yunayted” dörd futbolçusunu yay fasiləsində ABŞ-da keçiriləcək təlim-məşq toplanışına aparmamağa qərar verib.

90deqiqe.Az-ın “ESPN”ə istinadən verdiyi məlumata görə, siyahıdan çıxarılan oyunçular Ceydon Sanço, Tarel Malasiya, Alexandro Qarnaço və Antoni olub.

İki həftə əvvəl baş məşqçi Ruben Amorim bu futbolçuların klub bazasında olmasını istəmədiyini açıqlamışdı. Səbəb kimi onların komandadan ayrılmaq niyyətində olmaları göstərilir.

Klub rəhbərliyi Amorimin mövqeyini dəstəkləyərək, bu oyunçuların taktiki və intizam baxımından tələblərə cavab vermədiyini əsas gətirib.

Qeyd edək ki, baş məşqçinin daha bir gözdən düşən yetirməsi Markus Reşford artıq “Barselona”ya keçib və rəsmi açıqlamanın olacağı gözlənilir.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”