19 may 2026. Çərşənbə axşamı

Yoan Vissa "Nyukasl"a keçid üçün rəhbərliyə təzyiq göstərir


Yoan Vissa "Nyukasl"a keçid üçün rəhbərliyə təzyiq göstərir

İngiltərənin "Brentford" klubunun hücumçusu Yoan Vissa rəhbərliyin onu başqa komandaya buraxmaq istəməməsinə görə radikal addım atmağa hazırdır.

90deqiqe.Az “BBC”ə istinadən xəbər verir ki, Vissa klubun idman direktoru Fil Kaylzla görüş keçirib və əgər ona "Nyukasl"a keçməyə icazə verilməzsə, qarşıdakı oyunlarda meydana çıxmaqdan imtina edəcəyini bildirib.

"Nyukasl" 28 yaşlı Konqo Demokratik Respublikası millisinin üzvünü heyətinə qatmaqda ciddi maraqlıdır və artıq ilk transfer təklifinə "Brentford"dan rədd cavabı alıb. Həmin təklif 28 milyon avro məbləğində olub.

Qeyd edək ki, Vissa ötən mövsüm klub səviyyəsində 39 oyunda iştirak edib, 20 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Brentford" isə mövsümü Premyer Liqada 10-cu pillədə başa vurub.







İngiltərə P.L.

Qvardiolanı Marseska əvəz edə bilər
  • İngiltərə P.L.
  • 22:08 19.05.2026
Qvardiolanı Marseska əvəz edə bilər
Qvardiola “Mançester Siti”dən ayrılır
  • İngiltərə P.L.
  • 00:00 19.05.2026
Qvardiola “Mançester Siti”dən ayrılır
“Onu stadiona belə buraxmazdım””
  • İngiltərə P.L.
  • 23:33 18.05.2026
“Onu stadiona belə buraxmazdım””