29 mart 2026. Bazar günü

"Arsenal" yeni hücumçusu Viktor Qyökereşi təqdim etdi


"Arsenal" yeni hücumçusu Viktor Qyökereşi təqdim etdi

İngiltərənin “Arsenal” klubu yeni transferi Viktor Qyökereşi rəsmi olaraq təqdim edib.

90deqiqe.Az xəbər verir ki, isveçli hücumçu hazırda Sinqapurda keçirilən və “Nyukasl”a qarşı baş tutan yoldaşlıq görüşü öncəsində azarkeşlərə tanıdılıb.

“Topçular” Qyökereşin transferini iyulun 26-da açıqlayıblar. Daha əvvəl mediada yayılan məlumatlara görə, “Arsenal” 27 yaşlı futbolçunun keçidi üçün Portuqaliyanın “Sportinq” klubuna 63,5 milyon avro ödəyib.

Qyökereş London klubunda 14 nömrəli formanı geyinəcək. Bu nömrə vaxtilə “Arsenal”ın əfsanəvi hücumçusu Tyerri Anriyə məxsus olub (1999/2000 – 2006/2007 mövsümləri arasında).

Qeyd edək ki, Qyökereş ötən mövsüm “Sportinq”in heyətində bütün turnirlərdə 52 oyuna çıxıb, 54 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.







İngiltərə P.L.

“Tottenhem” Tudorla yollarını ayırdı
  • İngiltərə P.L.
  • 20:54 29.03.2026
“Tottenhem” Tudorla yollarını ayırdı
“Mançester Yunayted”ə Osimhen lazımdır"
  • İngiltərə P.L.
  • 23:08 28.03.2026
“Mançester Yunayted”ə Osimhen lazımdır"
Co Koul Messini Ronaldodan üstün tutdu
  • İngiltərə P.L.
  • 22:35 28.03.2026
Co Koul Messini Ronaldodan üstün tutdu
"Salahla aramızda heç bir problem yoxdur"
  • İngiltərə P.L.
  • 22:52 27.03.2026
"Salahla aramızda heç bir problem yoxdur"