31 yanvar 2026. Şənbə

Çiki Beqiristayn “Mançester Siti”dən ayrıldı


Çiki Beqiristayn “Mançester Siti”dən ayrıldı

“Mançester Siti”nin uzunmüddətli idman direktoru Çiki Beqiristayn vəzifəsini tərk edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Beqiristayn 2012-ci ildən etibarən “şəhərlilər”in strukturunda çalışırdı. O, 2024-cü ilin oktyabrında klubdan ayrılacağını açıqlamış və onun yerinə portuqaliyalı funksioner Uqo Viana təyin edilmişdi.

“Çikinin “Etihad” stadionundakı parlaq uğurları sentyabr ayında keçiriləcək Mançester derbisinə təsadüf edəcək bir sıra tədbirlərlə qeyd olunacaq. Klubun bütün əməkdaşları onun illər ərzində gördüyü işlərə görə dərin təşəkkürlərini bildirir və bu böyük töhfəyə layiqli şəkildə dəyər verməyi səbirsizliklə gözləyir”, – deyə “Mançester Siti”nin açıqlamasında vurğulanıb.

Beqiristaynın rəhbərliyi dövründə “Mançester Siti” 21 böyük titul qazanıb. Bunlara 7 Premyer Liqa çempionluğu, 2 İngiltərə Kuboku, UEFA Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionluğu da daxildir.







İngiltərə P.L.

 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə
“Arsenal”dan darmadağın
  • İngiltərə P.L.
  • 23:03 31.01.2026
“Arsenal”dan darmadağın
"Uğurun açarı sabitlikdir"
  • İngiltərə P.L.
  • 22:43 30.01.2026
"Uğurun açarı sabitlikdir"
"Kay Haverts hazırdır"
  • İngiltərə P.L.
  • 22:35 30.01.2026
"Kay Haverts hazırdır"