3 iyul 2026. Cümə

Bukayo Saka “Tottenhem”lə yoxlama oyununda zədələndi


Bukayo Saka “Tottenhem”lə yoxlama oyununda zədələndi

Yeni mövsümə hazırlıq çərçivəsində keçirilən yoxlama görüşündə “Arsenal” “Tottenhem”lə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, matç “spurslar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün ikinci hissəsində “topçular” üçün ciddi narahatlıq doğuran hadisə baş verib — komandanın aparıcı futbolçularından olan Bukayo Saka zədə şübhəsi ilə oyunu yarımçıq tərk edib.

22 yaşlı hücumçu tibbi heyətin müşayiəti ilə meydanı tərk edib və onun durumuna dair hələlik rəsmi açıqlama verilməyib.

“Arsenal” azarkeşləri qarşıdan gələn mövsüm öncəsi belə bir zədənin ciddi problemə çevrilə biləcəyindən narahatdır. Premyer Liqanın yeni mövsümündə “topçular” ilk oyunlarını 17 avqust tarixində səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcəklər.

Bukayo Sakanın durumuna dair yaxın günlərdə klubun rəsmi açıqlama verməsi gözlənilir. Hadisənin inkişafını izləyirik.







İngiltərə P.L.

"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər