14 dekabr 2025. Bazar günü

Maykl Ouen Premyer Liqanın yeni mövsümü üçün favoritləri açıqladı


Maykl Ouen Premyer Liqanın yeni mövsümü üçün favoritləri açıqladı

İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen yeni Premyer Liqa mövsümündə hansı komandaların çempionluğa daha real namizəd olduğunu dəyərləndirib.

90deqiqe.Az-ın "talkSPORT"a istinadən məlumatına görə, sabiq futbolçu əsas favorit kimi keçmiş klubu “Liverpul”u göstərib.

"Liverpul” ötən mövsümdə heyrətamiz idi. Komanda son 4 oyunda cəmi 2 xal toplamasına baxmayaraq, çempionluğu 10 xal fərqlə qazandı. Bu görüşlərdə komanda artıq ciddi mübarizə aparmırdı"

O, həmçinin “Liverpul”un yay transfer kampaniyasının uğurlu olduğunu vurğulayaraq, yeni mövsümdə də analoji xal fərqinin qeydə alınmasının mümkünsüz olmadığını qeyd edib.

Maykl Ouenin fikrincə, “Liverpul”un əsas rəqibləri “Arsenal” və “Çelsi” olacaq. “Topçular” transfer bazarında uğurlu iş aparıblar, “Çelsi” isə yayda ritm taparaq Klublararası Dünya Çempionatının qalibi olub.

Ouenə görə, bu üç komanda 2025/26 mövsümündə titul uğrunda əsas mübarizəni aparacaq.







İngiltərə P.L.

“Daha çox qol vura bilərdim”
  • İngiltərə P.L.
  • 21:25 13.12.2025
“Daha çox qol vura bilərdim”
“Liverpul” evdə “Brayton”a qalib gəldi
  • İngiltərə P.L.
  • 21:12 13.12.2025
“Liverpul” evdə “Brayton”a qalib gəldi
“Çelsi” evdə “Everton”u məğlub etdi
  • İngiltərə P.L.
  • 21:10 13.12.2025
“Çelsi” evdə “Everton”u məğlub etdi
Salah geri döndü
  • İngiltərə P.L.
  • 20:04 13.12.2025
Salah geri döndü