21 mart 2026. Şənbə

“Premyer Liqada klub sayını azaltmağa məcbur olmamalıyıq”


“Premyer Liqada klub sayını azaltmağa məcbur olmamalıyıq”

İngiltərə Premyer Liqasının (APL) icraçı direktoru Riçard Masters Klublararası Dünya Çempionatının (KÇDÇ) yeni formatı fonunda liqadakı komanda sayının azaldılması ilə bağlı yayılan fikirlərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "BBC" funksionerin dediklərini belə çatdırıb.

“Düşünmürəm ki, biz belə bir qərarı qəbul etməyə məcbur olmalıyıq. 1994-cü ildən bəri Premyer Liqada 20 klub iştirak edir və 380 oyun keçirilir. Bu struktur heç vaxt dəyişməyib. İndi isə biz daxili təqvimimizi Avropa və dünya səviyyəsindəki genişlənmələrə uyğunlaşdırmağa başlayırıq”

Xatırladaq ki, İngiltərə Premyer Liqasının yeni mövsümü cəmi üç həftəyə start götürəcək. Bu, “Çelsi”nin Klublararası Dünya Çempionatında PSJ üzərində qələbə ilə dünya çempionu olmasından üç həftə, ABŞ-da keçirilən “Yay Seriyası”nın oyunlarından isə iki həftə sonraya təsadüf edir.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər