8 noyabr 2026. Bazar günü

“Mançester Yunayted” dörd futbolçunu əsas komandadan uzaqlaşdıracaq


“Mançester Yunayted” dörd futbolçunu əsas komandadan uzaqlaşdıracaq

“Mançester Yunayted” bir neçə futbolçunu əsas komandanın məşqlərindən kənarlaşdırmağı planlaşdırır.

90deqiqe.Az-ın "The Sun"a istinadən məlumatına görə, qərar ABŞ-da keçirilən yay turundan sonra qüvvəyə minəcək. Məşqlərdən uzaqlaşdırılacaq oyunçuların adları da açıqlanıb – Alexandro Qarnaço, Tirel Malasiya, Ceydon Sanço və Antoni.

Bildirilir ki, futbolçular klubun bazasında fərdi və ya alternativ qrupla məşq etməyə davam edəcəklər, lakin əsas komanda ilə birlikdə çalışmayacaqlar.

Xatırladaq ki, Ruben Amorimin başçılıq etdiyi “qırmızı şeytanlar” ötən mövsüm İngiltərə Premyer Liqasında uğursuz çıxış edərək cəmi 42 xal toplamış və turnir cədvəlində 15-ci yeri tutmuşdu.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”