23 iyun 2026. Çərşənbə axşamı

"Çelsi" 50-ci transferini reallaşdırdı


"Çelsi" 50-ci transferini reallaşdırdı

Niderlandlı müdafiəçi Yorrel Hato, Todd Boelinin rəhbərliyi dövründə "Çelsi" klubunun heyətinə qoşulan 50-ci futbolçu olub.

90deqiqe.Az-ın məlumatına görə, ötən gün "Çelsi" "Ayaks"dan Hatonun keçidini rəsmiləşdirib. Gənc müdafiəçi İngiltərə klubu ilə 2032-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayıb. Transferin məbləği "Transfermarkt"ın məlumatına görə, 43 milyon avro təşkil edir.

Xatırladaq ki, Todd Boeli 2022-ci il iyunun 20-də "Çelsi"nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Həmin vaxtdan bəri London klubu ümumilikdə 50 transfer həyata keçirib. 2022/2023 mövsümündə 17, 2023/2024 mövsümündə 12 futbolçu ilə müqavilə imzalanıb. 2024/2025 mövsümündə isə bu rəqəm 13-ə çatıb.

2025/2026 mövsümünə hazırlıq çərçivəsində "Çelsi" artıq 8 yeni futbolçunu heyətinə qatıb: "Brayton"dan Joao Pedro, Dortmund "Borussiya"sından Ceymi Gittens, "Norviç"dən Liam Delap, "Palmeyras"dan Estevao, "Sportinq"dən Dario Essugo, "Strasburq"dan Mamadu Sarra, "İndependyente"dən Kendri Paes və son olaraq "Ayaks"dan Yorrel Hato.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər