8 noyabr 2026. Bazar günü

Arteta Qyökeresin "Arsenal"dakı oyunu haqda danışıb


Arteta Qyökeresin "Arsenal"dakı oyunu haqda danışıb

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandaya yeni gələn Viktor Qyökeresin mövsümöncəsi oyunlarda göstərdiyi performansla bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki,  ispaniyalı mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında danışıb.

"Viktor 100%, bəlkə də daha çox hazır olacaq. Qyökeres öz bacarığına çox arxayındır, tez uğur qazana bilər. Onun münasibətini bu həftə gördüm"

Son yoldaşlıq görüşündə "topçular" İspaniyanın "Vilyarreal" klubuna 2:3 hesabı ilə uduzub. 

Xatırladaq ki, skandinaviyalı qolçu bu yay Portuqaliyanın "Sportinq"indən keçərək İngiltərənin top klubunun sıralarına qoşulmuşdu. İsveçli futbolçu "topçular"la 5 illik əmək müqaviləsi imzalayıb.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”