23 iyun 2026. Çərşənbə axşamı

"Mançester Yunayted" daha iki futbolçu almağı planlaşdırır


"Mançester Yunayted" daha iki futbolçu almağı planlaşdırır

"Mançester Yunayted" yay transfer pəncərəsinin bağlanacağı 1 sentyabra qədər daha iki futbolçu ilə heyətini gücləndirməyi nəzərdən keçirir.

90deqiqe.Az-ın "The Telegraph"a istinadən məlumatına görə, komandanın baş məşqçisi Ruben Amorim yeni qapıçı və dayaq yarımmüdafiəçisi transfer etmək istəyir.

Klub artıq "Brayton"un yarımmüdafiəçisi Karlos Balebanın mümkün transferinin maliyyə tərəflərini araşdırıb.

Daha əvvəl "Mançester Yunayted" "PSJ"nin qapıçısı Canluici Donnarumma və "Aston Villa"nın qapıçısı Emiliano Martineslə maraqlanıb.

Qeyd olunur ki, klubun növbəti transferləri əsasən mövcud oyunçuların satışı ilə bağlı olacaq.

Bu yay "qırmızı şeytanlar" hücumçular Mateus Kunha, Brayan Mbemo və Benyamin Şeşkoni heyətinə qatıb.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər