14 dekabr 2025. Bazar günü

“Virtsin “Liverpul”a keçidi tam yerində qərardır”


“Virtsin “Liverpul”a keçidi tam yerində qərardır”

 “Real Madrid”in keçmiş oyunçusu Toni Kroos həmyerlisi Florian Virtsin transferi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Kicker" Almaniya millisinin sabiq üzvünün dediklərini belə çatdırıb.

“Sən bir çox baxımdan xüsusi oyunçusan. Səni ilk dəfə futbolda izləyəndə dərhal anladım ki, səndə daha artığı var. İstiqaməti düzgün seçmə bacarığın, ilk toxunuşun, son ötürmən və hətta zərbə vurma ustalığın – bunların hamısı unikal xüsusiyyətlərindir. Üstəlik, mentalitetin! Özünə inanırsan və bunu hiss etdirirsən. Sən boş sözləri sevmirsən – səndə az da olsa, amma çox vacib olan bir qədər təkəbbür var. Ümid edirəm ki, bundan heç vaxt əl çəkməyəcəksən. Məncə, “Liverpul”a keçərək doğru qərar verdin və bu, sənin əhvalını və inamını daha da möhkəmləndirib”

Xatırladaq ki, Virts bu yay “Bayer”dən “Liverpul”a transfer olunub."Transfermarkt" portalının məlumatına görə, “Liverpul” 22 yaşlı yarımmüdafiəçini almaq üçün 125 milyon avro xərcləyib.







İngiltərə P.L.

“Daha çox qol vura bilərdim”
  • İngiltərə P.L.
  • 21:25 13.12.2025
“Daha çox qol vura bilərdim”
“Liverpul” evdə “Brayton”a qalib gəldi
  • İngiltərə P.L.
  • 21:12 13.12.2025
“Liverpul” evdə “Brayton”a qalib gəldi
“Çelsi” evdə “Everton”u məğlub etdi
  • İngiltərə P.L.
  • 21:10 13.12.2025
“Çelsi” evdə “Everton”u məğlub etdi
Salah geri döndü
  • İngiltərə P.L.
  • 20:04 13.12.2025
Salah geri döndü