29 mart 2026. Bazar günü

"Tottenhem" futbolçusu Matis Teli dəstəkləyib


"Tottenhem"  futbolçusu Matis Teli dəstəkləyib

İngiltərənin "Tottenhem" klubu UEFA Superkuboku matçında PSJ-ə qarşı (2:2, 3:4 penaltilər) baş verən hadisələrdən sonra sosial şəbəkələrdə irqi əsasla təhqir olunan hücumçu Matis Teli dəstəkləyib. 

90deqiqe.Az xəbər verir ki,  bu barədən klubun rəsmi bəyanatında qeyd olunub.

"Biz, UEFA Superkuboku matçında dünənki məğlubiyyətdən sonra Matis Telyə qarşı sosial şəbəkələrdə edilən irqi təhqirlərdən dəhşətə gəlmişik.

Matis, penalti zərbəsini yerinə yetirmək üçün cəsarət və iradə göstərdi. Lakin, onu təhqir edənlər sadəcə anonim istifadəçi adları və profilləri arxasında gizlənən qorxaq insanlardır ki, öz iyrənc baxışlarını ifadə edirlər.

Biz, bu hadisəni ciddi şəkildə araşdıracaq və şəxsiyyəti müəyyənləşdirilən hər kəsə qarşı ən sərt tədbirləri görmək üçün hüquq-mühafizə orqanları və sosial şəbəkələrlə əməkdaşlıq edəcəyik.

Matis, sənə dəstək oluruq", – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, fransalı futbolçu oyundan sonra penalti zərbəsini yerinə yetirə bilməyib və bu, ona qarşı ciddi təhqirlərə səbəb olub.







İngiltərə P.L.

“Mançester Yunayted”ə Osimhen lazımdır"
  • İngiltərə P.L.
  • 23:08 28.03.2026
“Mançester Yunayted”ə Osimhen lazımdır"
Co Koul Messini Ronaldodan üstün tutdu
  • İngiltərə P.L.
  • 22:35 28.03.2026
Co Koul Messini Ronaldodan üstün tutdu
"Salahla aramızda heç bir problem yoxdur"
  • İngiltərə P.L.
  • 22:52 27.03.2026
"Salahla aramızda heç bir problem yoxdur"
Fil Foden yayda klubunu dəyişə bilər
  • İngiltərə P.L.
  • 22:40 27.03.2026
Fil Foden yayda klubunu dəyişə bilər
Kulusevski zədəsi ilə bağlı danışdı
  • İngiltərə P.L.
  • 23:34 26.03.2026
Kulusevski zədəsi ilə bağlı danışdı