1 oktyabr 2026. Cümə axşamı

Kukurelya “Çelsi” ilə razılığa gəldi


Kukurelya “Çelsi” ilə razılığa gəldi

İspaniyalı cinah müdafiəçisi Mark Kukurelya “Çelsi” klubu ilə yeni müqavilə barədə razılıq əldə edib.

90deqiqe.Az-ın məlumatına görə, yeni anlaşmanın detalları yaxın günlərdə klub tərəfindən rəsmi olaraq açıqlanacaq. Mövcud müqavilənin müddəti üç ildən sonra başa çatır.

2024/2025 mövsümündə 27 yaşlı futbolçu “Çelsi”nin heyətində 54 oyuna çıxaraq 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Mark Kukurelya 2022-ci ilin yayından etibarən İngiltərə təmsilçisinin şərəfini qoruyur.







İngiltərə P.L.