12 sentyabr 2026. Şənbə

Alisson “Liverpul”da 300-cü oyununu keçirib


Alisson “Liverpul”da 300-cü oyununu keçirib

“Liverpul”un qapıçısı Alisson bu gün klub karyerasında əlamətdar göstəriciyə imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, braziliyalı qolkiper Premyer Liqanın 1-ci turunda “Bornmut”a qarşı matçda “qırmızılar”ın heyətində 300-cü oyununa çıxıb.

2018-ci ildən “Liverpul”da çıxış edən Alisson indiyədək komanda ilə 230 dəfə İngiltərə çempionatında, 52 dəfə Çempionlar Liqasında, 9 dəfə İngiltərə Kubokunda, 3 dəfə ölkə Superkubokunda, həmçinin hərəyə iki oyun olmaqla İngiltərə Liqa Kuboku, Avropa Liqası və Klublararası Dünya Çempionatında meydana çıxıb.

Qolkiper ötən mövsümdə bütün turnirlərdə 35 matç keçirib, 33 qol buraxıb və 13 görüşdə qapısını toxunulmaz saxlayıb.







İngiltərə P.L.

Emeridən Qarnaço ilə bağlı açıqlama
  • İngiltərə P.L.
  • 23:28 11.09.2026
Emeridən Qarnaço ilə bağlı açıqlama
“Bu, bizim üçün çox vacibdir”
  • İngiltərə P.L.
  • 02:47 10.09.2026
“Bu, bizim üçün çox vacibdir”
“Çelsi” “Lids”ə aman vermədi
  • İngiltərə P.L.
  • 01:28 10.09.2026
“Çelsi” “Lids”ə aman vermədi
“Tottenhem”in yeni transferi zədələndi
  • İngiltərə P.L.
  • 22:08 09.09.2026
“Tottenhem”in yeni transferi zədələndi