21 mart 2026. Şənbə

“Kyeza möhtəşəm insandır, hamımız onun yanındayıq”


“Kyeza möhtəşəm insandır, hamımız onun yanındayıq”

"Liverpul"un müdafiəçisi Vircil van Deyk komanda yoldaşı Federiko Kyezanın oyununu yüksək qiymətləndirib. 

90deqiqe.Az xəbər verir ki, niderlandlı futbolçu bu barədə jurnalistlərə açıqlamasında deyib.

"Fede möhtəşəm insandır. O, çox çalışır, sadəcə zədələr onun bəxtini bir qədər gətirmədi. Amma biz hamımız buradayıq və yaxşı bilirik ki, o, komandaya necə təsir göstərə bilər. O, əla insandır və hamımız onu sevirik. 'Bornmut'la oyunda gördüyümüz anlar bizə ondan gözlədiyimizi göstərir."

Qeyd edək ki, dünən italiyalı futbolçu "Bornmut"la oyunda həlledici qolu vuraraq mersisaydlılara Premyer Liqanın ilk turunda 4:2 hesablı qələbə qazandırıb.

Əlavə edək ki, 26 yaşlı hücumçu 2024-cü ilin yayından "Liverpul"da çıxış edir. Ötən mövsüm o, bütün turnirlərdə 14 matça çıxaraq 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər