8 noyabr 2026. Bazar günü

“Premyer Liqanın çempionu "Mançester Siti" olacaq”


“Premyer Liqanın çempionu "Mançester Siti" olacaq”

“Mançester Yunayted”in sabiq müdafiəçisi və kapitanı, hazırda futbol eksperti Qary Neville İngiltərə Premyer Liqası – 2025/2026 mövsümünün qalibi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" onun dediklərini belə çatdırıb.

“Əslində, mən təkəbbürdən "Arsenal"ı seçərdim, amma reallıqda çempionun "Mançester Siti" olacağını düşünürəm”

Mövsümün ilk turunda “Mançester Siti” “Vulverhempton”u 4:0 hesabı ilə məğlub edib, “Arsenal” isə “Mançester Yunayted”i 1:0 hesabı ilə üstələyib. Növbəti turda “şəhərlilər” 23 avqustda evdə “Tottenhem Hotspur”la, “topçular” isə eyni gündə “Lids Yunayted”i qəbul edəcək.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”