- İngiltərə P.L.
- 12:43 04.12.2025
"Nyukasl"ın hücumçusu Aleksander İsak klubdakı vəziyyəti ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, isveçli futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb:
“PFA tərəfindən Premyer Liqanın simbolik komandasında yer aldığım üçün həmkarlarımın məni qiymətləndirməsindən qürur duyuram. İlk növbədə komandamın bütün üzvlərinə və ‘Nyu Kasl’dakı hər kəsə təşəkkür edirəm.
Bu gün mən mükafat mərasimində iştirak etmirəm. Hazırkı vəziyyət nəzərə alınaraq, bu düzgün görünmür.
Uzun müddət susdum, digərləri danışdı. Bu susqunluq insanlara öz versiyalarını təqdim etməyə imkan verdi, baxmayaraq ki, onlar yaxşı bilirlər ki, bu, gerçək hadisələri əks etdirmir.
Həqiqət budur ki, verilmiş sözlər var və klub uzun müddətdir mövqeyimi bilir. Bu məsələlərin indi ortaya çıxmış kimi göstərilməsi yanıldıcıdır.
Sözlər pozulduqda və etibar itdikdə, əməkdaşlıq davam edə bilməz. Hazırda vəziyyətim belədir və buna görə də dəyişikliklər həm mənim, həm də bütün tərəflərin xeyrinədir”.
Qeyd edək ki, daha əvvəl futbolçunun “Liverpul”a keçidi üçün məşqləri boykot etdiyi bildirilmişdi. İsak Premyer Liqanın 1-ci turunda “Aston Villa” ilə oyuna (0:0) heyətə daxil edilməmişdi.