27 avqust 2026. Cümə axşamı

"Mançester Siti" Ruben Diasın müqaviləsini uzatdı


"Mançester Siti" Ruben Diasın müqaviləsini uzatdı

"Mançester Siti" klubu müdafiəçi Ruben Dias ilə müqaviləni yeniləyib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun yeni müqaviləsin 2029-cu ilə qədər nəzərdə tutulub.

28 yaşlı futbolçu, 2020-ci ilin sentyabrından bəri "şəhərli"lərin formasını geyinir. Keçən mövsüm bir neçə oyunda komandanın kapitanı olaraq meydana çıxan Dias, 2024/2025 mövsümündə "Manchester Siti"nin heyətində bütün turnirlərdə ümumilikdə 44 matç keçirib və heç bir məhsuldar hərəkət etməyib.

"Şəhərli"lər keçən mövsümü İngiltərə Premyer Liqasının 3-cü pilləsində tamamlayıblar. Yeni mövsumu isə Pep Qvardiolanın komandası "Vulverhempton"la (4:0) qələbə qazandığı matçla başlayıb.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın