5 dekabr 2025. Cümə

“Bu, sadəcə ikinci oyundur”


“Bu, sadəcə ikinci oyundur”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın II turunda “Tottenhem”ə 0:2 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

90deqiqe.Az məlumatına görə, ispaniyalı mütəxəssis bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

““Tottenhem”lə oyunda bir çox fərqli sistem və şəxsi markaj gördük. Bu, “Brentford”la matçda da belə idi. Biz artıq bu barədə danışmışıq və fərqli oynamalıyıq. Sadə vəziyyətlərdən yararlana bilmədik. Mən oyunçulardan qeyri-adi nəsə istəmirdim,” – deyə Qvardiola bildirib.

O, komandasının əzmkarlığından razı qaldığını vurğulayıb:

“Əsas məsələ əzmkarlıq idi və bunda problemimiz yox idi. Bu, əvvəlki illərdə də belə olub. Komandama inanıram. Ötən mövsüm nəticə ala bilmədik, amma məşqlərdə yaxşı idik. Sadə vəziyyətlərdə təzyiq altında səhvlər etdik, amma kifayət qədər qol şansı da yaratdıq. Bu, futboldur. Hələ mövsümün ikinci oyunudur.”

Qvardiola həmçinin komandanın inkişaf edəcəyinə inandığını bildirib:

“Keçən tur “Vulverhempton”u məğlub etdikdən sonra hamı hər şeyin qaydasında olduğunu dedi. Mən isə cavab verdim: bu, sadəcə bir oyundur və hər şey baş verə bilər. Nə üzərində işlədiyimizi, oyunçuların necə çalışdığını yaxşı bilirəm. Müsbət məqamlar çoxdur, amma inkişaf etdirilməli olan məqamlar da var. Tədricən daha yaxşı olacağıq və komanda içində oyun əlaqələrini gücləndirəcəyik.”







İngiltərə P.L.

“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır
 “Aston Villa”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 10:29 04.12.2025
“Aston Villa”dan çətin qələbə