- İngiltərə P.L.
- 16:54 31.01.2026
"Arsenal"ın yarımmüdafiəçisi Bukayo Saka zədə səbəbindən təxminən dörd həftə yaşıl meydanlardan uzaq qalacaq.
90deqiqe.Az-ın "BBC"ə istinadən məlumatına görə, ingilis futbolçu İngiltərə Premyer Liqasının 2-ci turunda "Lids"ə qarşı keçirilən oyunda (5:0) bud əzələsinin arxa hissəsindən zədə alıb.
Sakanın yoxluğu "topçular" üçün ciddi itkidir, çünki 23 yaşlı futbolçu komandanın əsas oyunçularından biri hesab olunur. O, ötən mövsüm bütün turnirlərdə 37 oyunda meydana çıxaraq 12 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda "Arsenal" Premyer Liqada ilk iki turdan sonra maksimum 6 xalla turnir cədvəlinə başçılıq edir. Mikel Artetanın komandası növbəti çətin sınağını 31 avqust tarixində, son çempion "Liverpul"a qarşı verəcək.