21 mart 2026. Şənbə

“Şeşko hələ ideal formada deyil, amma..."


“Şeşko hələ ideal formada deyil, amma..."

"Mançester Yunayted"in sabiq futbolçusu və hazırkı futbol eksperti Qari Nevill, komandanın yay transfer pəncərəsində heyətinə qatdığı hücumçu Benyamin Şeşkonun Premyer Liqanın yeni mövsümündəki çıxışını dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, Nevill bildirib ki, sloveniyalı futbolçu hələ optimal fiziki formada deyil, lakin onu meydana buraxmaq lazımdır:

“Şeşko, gəlin açıq danışaq, hələ ki, ideal fiziki formada deyil və formaya yeni düşür. Yəqin ki, gələn şənbə “Bernli”yə qarşı matçda meydana çıxacaq – sadəcə, futbol oynaması üçün. Aydın görünür ki, ona oyun praktikası lazımdır”, – deyə Nevill bildirib.

Ekspertin fikrincə, bu qədər dəyərli bir futbolçunun ehtiyatda qalması düzgün deyil – nəticə verməsə belə, oynamalıdır.

Xatırladaq ki, "Mançester Yunayted" Benyamin Şeşkonu “Leypsiq” klubundan 76,5 milyon avroya (bonuslar xaric) transfer edib. Premyer Liqada “qırmızı şeytanlar”ın heyətində indiyədək iki oyun keçirən 21 yaşlı hücumçu hələlik nə qolla, nə də ötürmə ilə fərqlənə bilib.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər