2 iyul 2026. Cümə axşamı

16 yaşında bunu bacaran ikinci oyunçu oldu


16 yaşında bunu bacaran ikinci oyunçu oldu

İngiltərə Premyer Liqasının 2-ci turunda "Liverpul" klubunun hücumçusu Riyo Nqomoha 16 yaşında və 361 günlüyündə qələbə qolunu vuraraq Premyer Liqada tarixə düşüb.

90deqiqe.Az-ın məlumatına görə,  o, "Nyukasl"la keçirilən oyunda (3:2) qalibiyyət qolunu qeyd edib və yalnız 16 yaşında belə bir uğura imza atan ikinci futbolçu olub.

Rekord isə Ueyn Runiyə məxsusdur. 2002-ci ildə "Everton"da çıxış etdiyi dövrdə, Ueyn Runi 16 yaşında və 360 günlüyündə Premyer Liqada ilk qələbə qolunu atmışdı. Bu hadisə o dövrün futbol tarixində əlamətdar anlardan biri sayılır.

Hal-hazırda İngiltərə Premyer Liqasının 2-ci turunun sonunda "Arsenal", "Tottenham" və "Liverpul" komandaları 6 xalla liderlər sırasındadır. Eyni zamanda, iki oyunda məğlub olmuş "Vest Hem" və "Vulverhempton", eləcə də yalnız bir xalı olan "Braiton" komandaları düşmə zonasında yer alır.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər