2 iyul 2026. Cümə axşamı

Maks Dumen Premyer Liqada tarixə düşdü


Maks Dumen Premyer Liqada tarixə düşdü

"Arsenal" klubunun 15 yaşlı yarımmüdafiəçisi Maks Dumen İngiltərə Premyer Liqasında debüt edərək, bu yarışda iştirak etmiş ən gənc futbolçulardan biri olub.

90deqiqe.Az-ın "Squawka"ya istinadən məlumatına görə, Dumen 2-ci turda "Lids Yunayted"ə qarşı (5:0) keçirilən oyunda meydana çıxıb. O, matç günü 15 yaş və 235 günlü idi.

İngiltərə Premyer Liqasının ən gənc futbolçusu isə hələ də "Arsenal" klubunun digər oyunçusu İtan Nvaneridir. Nvaneri 15 yaşında və 181 günündə Premyer Liqada debüt edib və hələ də bu sahədə rekordçudur.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 2-ci turu nəticəsində "Arsenal" komandası 6 xalla çempionatda liderlik edir. Xüsusilə, "kanonirlər" bu mövsümdə hələ ki, heç bir qol buraxmayıb.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər